"Hayatın Sözleri", "İyi Haber", "Müjde Şarkıları"-Türkiye'de Konuşulan Başlıca Diller // "Words of Life", "Good News", "Gospel Songs" -Major Languages Spoken in Turkey ====
«
»
"Vejîna Jesussa ji Mirinê"-Çîrok Zaza Dimili.3gp
Manage episode 375427173 series 3506255
"İsa'nın Ölümden Dirilişi"-"The resurrection of Jesus".3gp //
1 KORİNFLİLƏRƏ 13 - Məhəbbətin qüdrəti
1Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 2Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 3Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. 4Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 5kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 6Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 7O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. 8Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 9Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10Kamillik gələndə məhdud olan aradan qalxacaq. 11Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 12İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 13İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.
85 bölüm